вторник, 16 марта 2010 г.

ELIZABETH


Filmin adı: Yelizaveta

İstehsal tarixi: 1998

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Şekar Kapur

Baş rollarda: Keyt Blanşet, Cefri Ruş, Vensan Kassel, Cozef Fayns və Kristofer Eskeleston

Sürəklik: 124 dəqiqə

Büdcəsi: 25 milyon ABD

Məzmunu: Böyük Britaniya imperiyasına 45 il müddətində basçılıq etmiş kraliça I Yelizavetanın gəncliyindən və hakimiyyət dövründən bəhs edən bu film onun apardığı məqsədyönlü siyasətin nəticəsində imperiyanın günü-gündən necə inkişaf etdiyini göstərir. Lakin bu, kraliçaya asan başa gəlmir. O əvvəlcə ətrafında vurnuxan daxili düşmənlərdən və xəyanətkarlardan qisas alır. Fransızları və ispanları susdurur. Avropada İngiltərənin itirilmiş nüfuzunu yenidən və əbədi bərpa edir. O ailə qurmur və İngiltərəyə ərə getdiyini elan edir.

ATTILA


Filmin adı: Atilla

İstehsal tarixi: 2001

İstehsalçı ölkə: ABŞ, Litva

Janr: Tarixi

Rejissor: Dik Louri

Baş rollarda: Cerard Batler, Tim Karri və Alisa Krayq

Sürəklik: 128 dəqiqə

Büdcəsi: 155 milyon ABD

Məzmunu: Film türk xalqının əcdadı böyük Hun imperiyasının hökmdarı Atillanın həyatından bəhs edir. Atilla uşaq yaşlarından cəsur döyüşçü olduğundan əmisi Rua onu öz yanına gətirir. Atillanın atası əsilzadə olduğundan xaqanlığa ən çox onun iddiası ola biləcəyindən ehtiyat edən əmisi oğlu ona xəyanət edərək başçı olur. Əmisi isə onu buradan uzaqlaşdıraraq Romaya göndərir. Bir müddətdən sonra Atillaya xəbər gəlir ki, əmisi zəhərlənib. Bunu eşidəndən sonra o dərhal vətənə qayıdır. Bütün tayfaları birləşdirərək xaqan olur və Roma imperiyasına hücum edir. Onu yalnız kəniz qadının vasitəsilə namərdliklə öldürürlər.