вторник, 9 марта 2010 г.

THE PASSION OF THE CHRIST


Filmin adı: İsanın əzabları

İstehsal tarixi: 2004

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Mel Gibson

Baş rollarda: Ceyms Kaviezel, Monika Beluççi ve Maya Morgenştern

Sürəklik: 127 dəqiqə

Büdcəsi: 30 milyon ABD

Məzmunu: Filmin əsas süjet xətti İncildən götürülüb. Eramızın I əsrində xristian dinini yaymağa çalışan İsa Məsih Fələstində yəhudilərin sərt etirazları ilə qarşılaşır. Onlar İsanı peyğəmbər kimi tanımadıqlarını bəyan edirlər və Roma imperatorunun hakim dairələrinin köməyi ilə onu həbs etdirib çarmıxa çəkdirir və işgəncələr verirlər. Daha sonra meyitini mağara aparıb orada saxlayırlar. Lakin növbəti gün onlar İsanın qeybə çəkildiyinin şahidi olurlar. Filmin 3 dildə - ivrit, latın və arameya dillərində səsləməsi və bir çox ölkələrdə nümayişinə qadağalar qoyulması onu olduqca baxımlı edir.

THE FIRST KNIGHT


Filmin adı: İlk cəngavər

İstehsal tarixi: 1995

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Cerri Zaker

Baş rollarda: Riçard Gir, Culiya Ormond, Şon Konneri və Ben Kros

Sürəklik: 185 dəqiqə

Büdcəsi: 72 milyon ABD

Məzmunu: İmgiltərənin məşhur və eyni zamanda xəyanətkar cəngavəri Lanselot haqda əfsanənin motivləri əsasında ekranlaşdıılan bu film Kral Arturun hakimiyyəti dövründəki hadisələri əks etdirir. Xanım Qvinevra öz qraflığının ardıcıl yağmalanmasının qarşısını almaq üçün İngiltərə kralı Artura ərə gedir. Lakin yolda Malaqantın quldurlar onu ələ keçirir. Lanselot adlı bir gənc isə xanımı xilas edir və ona aşıq olur. Bir müddət sonra Qvinevranın ardınca gələn Londona gələn Lanselot kral şənliyində qalib gələrək diqqəti cəlb edir, onu cəngavərlər sırasına daxil edirlər və beləliklə də o sevdiyi qıza yaxın olur. Ona etibar edən kral arvadının təhlükəsizliyini də ona etibar edir və Dəyirmi Masa Şurasına üzv seçir. Ancaq arvadı ilə Lanselotun ona xəyanət etdiyinə şahid olan kral ənənəyə uyğun olaraq Qvinevranı edam etdirmək üçün əmr verir. Lakin Kamelotda baş verən əhvalatlar əmrə mane olur.

BRAVE HEART


Filmin adı: Cəsur ürək

İstehsal tarixi: 1996

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Mel Gibson

Baş rollarda: Mel Gibson, Sofi Marso, Patrik Makquen, Ketrin Makkormak və Brendan Qlison

Sürəklik: 177 dəqiqə

Büdcəsi: 53 milyon ABD

Məzmunu: Film 1280-1290-cı illərdə Şotlandiyanın İngiltərəyə qarşı azadlıq müharibəsindən bəhs edir. İngiltərə kralı Uzunayaq ləqəbli qəddar Eduard məğrur və qiyamçı şotlandları birdəfəlik susdurmaq üçün Fransa ilə ittifaqa girir, şotland zadəganlarına İngiltərə torpaqlarında, ingilis zadəganlarına isə Şotlandiya torpaqlarında mülkiyyət bağışlayır və üstəlik onlara hər evlənəcək şotland gəlini ilə ilk gecəni keçirmək hüququnu verir və vergilərdən azad edir. Lakin bu sakitlik Uilyam Uollos vətənə qayıdıncaya qədər davam edir. Onun sevgilisi ilə gizli nigah kəsdirdiyinə qəzəblənən ingilis zadəganı qızı öldürür və bu da üsyanın başlanmasına qığılcım olur. Uilyamın başçılığı altında döyüşən şotlandlar İngiltərənin şimal qarnizonlarını məhv edir və real təhlükəyə çevrilir. Ancaq çox keçmir ingilislər Uilyam Uollosu xəyanət nəticəsində ələ keçirib edam edirlər.

ALEXANDER


Filmin adı: İsgəndər

İstehsal tarixi: 2004

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Oliver Stoun

Baş rollarda: Kolin Farrel, Ancelina Coli, Rosario Deyson, Val Kilmer və Entoni Hopkins

Sürəklik: 175 dəqiqə

Büdcəsi: 155 milyon ABD

Məzmunu: Hadisələr eramızdan əvvəl 356-cı ildən etibarən cərəyan edir. Makedoniya kralı kor Filipp yunanlarla müharibəni yenicə bitirib. O, daha yeni ərazilər ələ keçirmək niyyətindədir. Tacqoyma mərasimindən sonra hərbi səfərlərə çıxmağı planlaşdırsa da ona qarşı edilən sui-qəsd niyyətini həyata keçirməyə imkan vermir. Lakon onun oğlu İsgəndər atasının missiyasını davam etdirir. Əvvəlcə yerli vilayətləri özünə tabe etdirir, əsasını hoplerlərdən təşkil etdiyi falanqalardan ibarət güclü ordu yaradır. Məhz bundan sonra Frakiyanı keçərək Asiyaya çıxır və burada onu o dövrün ən qüdrətli dövləti olan İranla ağır müharibə gözləyir. Lakin bütün döyüşlərdə İran şahı Dara məğlub olur. İranı ələ keçirən və əyanların etirazına baxmayan İsgəndər Daranın qızı Rəqsanə ilə evlənir. Bu arada mürəbbiyəsi Hefestionu zəhərləyib öldürürlər. Bu onun qəzəbini artırır və sərkərdələrinin naməlum torpaqlara getməmək təkidini qəbul etməyib hərbi yürüşünü Hindistana doğru davam etdirməyə qərar verir. Lakin burada saysız hesabsız tayfalarla hədsiz döyüşlər və yerli iqlim onun ordusunu gücdən salıb zəiflədir. Az sonra İsgəndər isitmə xəstəliyindən dünyasını dəyişir və beləliklə imperiyası parçalanır.

APOCALYPTO


Filmin adı: Apokalipsis (Axirətin yetişməsi)

İstehsal tarixi: 2006

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Mel Gibson

Baş rollarda: Rodi Yonqblud, Raul Turjilio, Mayra Selburo, Dalia Hernandes və Cerardo Tarasena

Sürəklik: 140 dəqiqə

Büdcəsi: 40 milyon ABD

Məzmunu: Cənubi Amerika. Mayya xalqı Xristofor Kolumbun bu materiki hələ kəşf etməmiş sakit dövrünü yaşayır. Qədim meşənin əzəli sakinləri olan bir yerli hindu kəndi dinc yaşayıb ov etməklə məşğuldurlar. Lakin bir gün bu sakitlik pozulur. Mərkəzdə baş verən quraqlıq, aclıq və xəstəliyi aradan qaldırmaq üçün sadə insanları Günəşə qurban vermək barədə əmr verir. Lakin yerli qəbilə başçısının oğlu qorxmadan özünün və sevdiklərinin həyatı uğrunda mübarizə aparır. Əsirlikdən qaçır, hamilə arvadı ilə oğlunu gizlətdiyi yerdən çıxarır, ona pislik edənlərdən qisas alır. Bütün bunlar Xristofor Kolumbun Amerika qitəsini kəşf etməsilə eyni günə təsadüf edir. Filmin qədim Mayya dilində orijinal səslənməsi ona olan marağı hədsiz artırır.