понедельник, 8 марта 2010 г.

GLADIATOR


Filmin adı: Qladiator

İstehsal tarixi: 2000

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Ridli Skot

Baş rollarda: Rassel Krou, Jakvin Foniks, Conni Nilson və Ralf Müller

Sürəklik: 160 dəqiqə

Büdcəsi: 103 milyon ABD

Məzmunu: Roma imperatoru Mark Avrelinin hakimiyyətinin son dövrü. Almanları məğlub etdikdən sonra o, Romanı respublika kimi görmək istəyir. Öz oğlunu o qədər də sevməyən Avreli onun qəddarlığından ehtiyat edir və gələcəkdə öz yerində sevimli sərkərdəsi və imperiyanın şimal ordusunun baş komandanı general Maksimus Desimus Meridiusu görmək istəyir. Lakin imperatorun oğlu Kommadus bunu hiss edir, atasını qətlə yetirir. Maksimusu öldürmək üçün onu həbs etdirir, onun ailəsini isə dar ağacından asdırır. Lakin general qaçmağa nail olur, onu kölə kimi satın alıb qladiator döyüşlərinə qatırlar. O burada İspaniyalı ləqəbi ilə hamıya qalib gəlir. Onu tanıyırlar. Sonda imperatorla döyüşməli olur və hər ikisi həlak olur.

TROY


Filmin adı: Troya

İstehsal tarixi: 2004

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Volfanq Peterson

Baş rollarda: Bred Pit, Erik Bana, Orlando Blum, Brayn Koks və Brendin Qlison

Sürəklik: 163 dəqiqə

Büdcəsi: 175 milyon ABD

Məzmunu: Qədim yunan şairi Homerin İliada poeması əsasında çəkilən film indiki Türkiyə ərazisində yerləşən Troya şəhərinin son günlərindən bəhs edir. Qədim Yunanıstan şəhər-dövlətlərindən ibarət çarlıq halındadır. Mikeniya vilayətinin çarı Aqamemnon bütöv Yunanıstanın çarı olmaq istəyir. Bəzi vilayət çarları ilə ittifaq bağlayan Aqamemnon onları özünə tabe edir, tabe olmayanlara isə Mirmidoniya çarı Axillesin qeyri-adi gücü ilə qalib gəlir. Yunanıstandan sonra Aqamemnon Kiçik Asiyaya üz tutur, hərbi qüdrəti ilə tanınan Troya çarlığı Aqamemnon ilə dostluq münasibəti üçün ora oğlanları Hektor və Paris də daxil olmaqla elçilər göndərir. Lakin Paris burada Sparta vilayətinin çarı və Aqamemnonun qardaşı olan Menelayın arvadı gözəl Yelenaya vurulur və geri dönərkən özü ilə gizlincə Troyaya gətirir. Bunu eşidən Aqamemnon dostluq ittifaqını dərhal ləğv edir, bütün müttəfiqləri toplayıb Troyaya hücüm edir. Lakin qalib gələ bilmir. Şəhəri ələ keçirmək üçün Odisseyin təklifi ilə dülgərlər içində döyüşçülər gizlənmiş taxtadan gözəl bir at fiquru düzəldib geri çəkilirlər. Hərbi qənimət kimi atı şəhərə gətirən troyalılar məhz bundan sonra müharibəni uduzur.