вторник, 16 марта 2010 г.

ELIZABETH


Filmin adı: Yelizaveta

İstehsal tarixi: 1998

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Şekar Kapur

Baş rollarda: Keyt Blanşet, Cefri Ruş, Vensan Kassel, Cozef Fayns və Kristofer Eskeleston

Sürəklik: 124 dəqiqə

Büdcəsi: 25 milyon ABD

Məzmunu: Böyük Britaniya imperiyasına 45 il müddətində basçılıq etmiş kraliça I Yelizavetanın gəncliyindən və hakimiyyət dövründən bəhs edən bu film onun apardığı məqsədyönlü siyasətin nəticəsində imperiyanın günü-gündən necə inkişaf etdiyini göstərir. Lakin bu, kraliçaya asan başa gəlmir. O əvvəlcə ətrafında vurnuxan daxili düşmənlərdən və xəyanətkarlardan qisas alır. Fransızları və ispanları susdurur. Avropada İngiltərənin itirilmiş nüfuzunu yenidən və əbədi bərpa edir. O ailə qurmur və İngiltərəyə ərə getdiyini elan edir.

ATTILA


Filmin adı: Atilla

İstehsal tarixi: 2001

İstehsalçı ölkə: ABŞ, Litva

Janr: Tarixi

Rejissor: Dik Louri

Baş rollarda: Cerard Batler, Tim Karri və Alisa Krayq

Sürəklik: 128 dəqiqə

Büdcəsi: 155 milyon ABD

Məzmunu: Film türk xalqının əcdadı böyük Hun imperiyasının hökmdarı Atillanın həyatından bəhs edir. Atilla uşaq yaşlarından cəsur döyüşçü olduğundan əmisi Rua onu öz yanına gətirir. Atillanın atası əsilzadə olduğundan xaqanlığa ən çox onun iddiası ola biləcəyindən ehtiyat edən əmisi oğlu ona xəyanət edərək başçı olur. Əmisi isə onu buradan uzaqlaşdıraraq Romaya göndərir. Bir müddətdən sonra Atillaya xəbər gəlir ki, əmisi zəhərlənib. Bunu eşidəndən sonra o dərhal vətənə qayıdır. Bütün tayfaları birləşdirərək xaqan olur və Roma imperiyasına hücum edir. Onu yalnız kəniz qadının vasitəsilə namərdliklə öldürürlər.

суббота, 13 марта 2010 г.

THE PATRIOT


Filmin adı: Vətənpərvər

İstehsal tarixi: 2000

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Roland Emeri

Baş rollarda: Mel Gibson, Hit Letçer, Coeli Riçardson və Kris Kuper

Sürəklik: 165 dəqiqə

Büdcəsi: 110 milyon ABD

Məzmunu: Kəskin süjet xəttinə malik olan bu film özündə Amerika Birləşmiş Ştatlarının İngiltərə Krallığına qarşı azadlıq müharibəsini əks etdirir. 1780-ci ildə Cənubi Karolinanı öz müstəmləkəsi altında saxlamaq istəyən və amerikalıların döyüş əzmini qırmaq istəyən İngiltərə kralı Georq qitəyə çoxsaylı ordu göndərir. Əvvələr hərbi xidmətdə olan keşmiş zabit isə öz ailəsini qorumaq naminə müharibədən imtina edir. Lakin onun oğlanları ingilislər tərəfindən qətlə yetirildikdən sonra azadlıq müharibəsinə qoşulması qaçılmaz olan ata düşmənlərdən amansız qisas alır.

вторник, 9 марта 2010 г.

THE PASSION OF THE CHRIST


Filmin adı: İsanın əzabları

İstehsal tarixi: 2004

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Mel Gibson

Baş rollarda: Ceyms Kaviezel, Monika Beluççi ve Maya Morgenştern

Sürəklik: 127 dəqiqə

Büdcəsi: 30 milyon ABD

Məzmunu: Filmin əsas süjet xətti İncildən götürülüb. Eramızın I əsrində xristian dinini yaymağa çalışan İsa Məsih Fələstində yəhudilərin sərt etirazları ilə qarşılaşır. Onlar İsanı peyğəmbər kimi tanımadıqlarını bəyan edirlər və Roma imperatorunun hakim dairələrinin köməyi ilə onu həbs etdirib çarmıxa çəkdirir və işgəncələr verirlər. Daha sonra meyitini mağara aparıb orada saxlayırlar. Lakin növbəti gün onlar İsanın qeybə çəkildiyinin şahidi olurlar. Filmin 3 dildə - ivrit, latın və arameya dillərində səsləməsi və bir çox ölkələrdə nümayişinə qadağalar qoyulması onu olduqca baxımlı edir.

THE FIRST KNIGHT


Filmin adı: İlk cəngavər

İstehsal tarixi: 1995

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Cerri Zaker

Baş rollarda: Riçard Gir, Culiya Ormond, Şon Konneri və Ben Kros

Sürəklik: 185 dəqiqə

Büdcəsi: 72 milyon ABD

Məzmunu: İmgiltərənin məşhur və eyni zamanda xəyanətkar cəngavəri Lanselot haqda əfsanənin motivləri əsasında ekranlaşdıılan bu film Kral Arturun hakimiyyəti dövründəki hadisələri əks etdirir. Xanım Qvinevra öz qraflığının ardıcıl yağmalanmasının qarşısını almaq üçün İngiltərə kralı Artura ərə gedir. Lakin yolda Malaqantın quldurlar onu ələ keçirir. Lanselot adlı bir gənc isə xanımı xilas edir və ona aşıq olur. Bir müddət sonra Qvinevranın ardınca gələn Londona gələn Lanselot kral şənliyində qalib gələrək diqqəti cəlb edir, onu cəngavərlər sırasına daxil edirlər və beləliklə də o sevdiyi qıza yaxın olur. Ona etibar edən kral arvadının təhlükəsizliyini də ona etibar edir və Dəyirmi Masa Şurasına üzv seçir. Ancaq arvadı ilə Lanselotun ona xəyanət etdiyinə şahid olan kral ənənəyə uyğun olaraq Qvinevranı edam etdirmək üçün əmr verir. Lakin Kamelotda baş verən əhvalatlar əmrə mane olur.

BRAVE HEART


Filmin adı: Cəsur ürək

İstehsal tarixi: 1996

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Mel Gibson

Baş rollarda: Mel Gibson, Sofi Marso, Patrik Makquen, Ketrin Makkormak və Brendan Qlison

Sürəklik: 177 dəqiqə

Büdcəsi: 53 milyon ABD

Məzmunu: Film 1280-1290-cı illərdə Şotlandiyanın İngiltərəyə qarşı azadlıq müharibəsindən bəhs edir. İngiltərə kralı Uzunayaq ləqəbli qəddar Eduard məğrur və qiyamçı şotlandları birdəfəlik susdurmaq üçün Fransa ilə ittifaqa girir, şotland zadəganlarına İngiltərə torpaqlarında, ingilis zadəganlarına isə Şotlandiya torpaqlarında mülkiyyət bağışlayır və üstəlik onlara hər evlənəcək şotland gəlini ilə ilk gecəni keçirmək hüququnu verir və vergilərdən azad edir. Lakin bu sakitlik Uilyam Uollos vətənə qayıdıncaya qədər davam edir. Onun sevgilisi ilə gizli nigah kəsdirdiyinə qəzəblənən ingilis zadəganı qızı öldürür və bu da üsyanın başlanmasına qığılcım olur. Uilyamın başçılığı altında döyüşən şotlandlar İngiltərənin şimal qarnizonlarını məhv edir və real təhlükəyə çevrilir. Ancaq çox keçmir ingilislər Uilyam Uollosu xəyanət nəticəsində ələ keçirib edam edirlər.

ALEXANDER


Filmin adı: İsgəndər

İstehsal tarixi: 2004

İstehsalçı ölkə: ABŞ

Janr: Tarixi

Rejissor: Oliver Stoun

Baş rollarda: Kolin Farrel, Ancelina Coli, Rosario Deyson, Val Kilmer və Entoni Hopkins

Sürəklik: 175 dəqiqə

Büdcəsi: 155 milyon ABD

Məzmunu: Hadisələr eramızdan əvvəl 356-cı ildən etibarən cərəyan edir. Makedoniya kralı kor Filipp yunanlarla müharibəni yenicə bitirib. O, daha yeni ərazilər ələ keçirmək niyyətindədir. Tacqoyma mərasimindən sonra hərbi səfərlərə çıxmağı planlaşdırsa da ona qarşı edilən sui-qəsd niyyətini həyata keçirməyə imkan vermir. Lakon onun oğlu İsgəndər atasının missiyasını davam etdirir. Əvvəlcə yerli vilayətləri özünə tabe etdirir, əsasını hoplerlərdən təşkil etdiyi falanqalardan ibarət güclü ordu yaradır. Məhz bundan sonra Frakiyanı keçərək Asiyaya çıxır və burada onu o dövrün ən qüdrətli dövləti olan İranla ağır müharibə gözləyir. Lakin bütün döyüşlərdə İran şahı Dara məğlub olur. İranı ələ keçirən və əyanların etirazına baxmayan İsgəndər Daranın qızı Rəqsanə ilə evlənir. Bu arada mürəbbiyəsi Hefestionu zəhərləyib öldürürlər. Bu onun qəzəbini artırır və sərkərdələrinin naməlum torpaqlara getməmək təkidini qəbul etməyib hərbi yürüşünü Hindistana doğru davam etdirməyə qərar verir. Lakin burada saysız hesabsız tayfalarla hədsiz döyüşlər və yerli iqlim onun ordusunu gücdən salıb zəiflədir. Az sonra İsgəndər isitmə xəstəliyindən dünyasını dəyişir və beləliklə imperiyası parçalanır.